Mayın 23-də ABŞ-ın “USS Vella Gulf” hərbi gəmisi Qara dənizə yan alıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələri komandanlığının mətbuat xidməti bildirib ki, gəmi “bölgədə sülh və sabitliyi dəstəkləmək məqsədi” ilə Qara dənizə daxil olub.
Məlumata əsasən, kreyser ABŞ-ın NATO-dakı müttəfiqləri ilə birgə fəaliyyət göstərməli və Vaşinqtonun bölgədə qarşılıqlı fəaliyyəti gücləndirmək üzrə öhdəliyinə sadiqliyini nümayiş etdirməlidir.
Donanmanın komandanlığı qeyd edib ki, “USS Vella Gulf”-un missiyası Montryo konvensiyasına və beynəlxalq hüquq normalarına uyğundur.
Bu hərbi gəmi NATO-nun əməliyyatlarının dəstəklənməsi və dənizdə təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın 6-cı donanmasının tərkibində tapşırıqları yerinə yetirir.