Ukraynanın cənub-şərq bölgəsində vəziyyətin ağırlaşdığı bir vaxtda ABŞ Hərbi Dəniz Donanmasının «Donald Kuk» raketdən müdafiə gəmisi Kiyevlə əldə edilən razılıq çərçivəsində aprelin 8-də Qara dənizə daxil olub.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, xəbəri Britaniyada çıxan “The Telegraph” qəzeti yayıb.
Mənbə xatırladıb ki, ABŞ-ın “CNN” telekanalı Pentaqonun təmsilçisinə əsaslanaraq, gəminin aprelin 10-da Qara dənizə daxil olacağını bildirmişdi.