“Forbes” jurnalı ABŞ-ın ən zəngin iş adamlarının siyahısını açıqlayıb. Lent.az-ın forbes.ru-ya istinadən verdiyi xəbərə görə, “Microssoft”un yaradıcısı Bill Qeyts 81,2 milyard dollarlıq varidatla ardıcıl 21 dəfə siyahıda birinci yerdə qərarlaşıb.
B.Qeyts həyat yoldaşı Melinda Qeytslə birlikdə təsis etdikləri “Bill və Melinda Qeyts Fondu”na 30 milyard dollar ianə verməsinə baxmayaraq, ABŞ-ın ən zəngin şəxsi adını qoruyub.
“WhatsApp”-ın sahibi Can Koum 7,6 milyard dollarlıq varidatla 62-ci sırada qərarlaşıb.
Lent.az ABŞ-ın ən zəngin 10 iş adamının siyahısını təqdim edir.
Bill Qeyts – 81,2 milyard dollar, “Microsoft”.
Uorrent Baffett – 68 milyard dollar, “Berkshire Hathaway”.
Larri Ellison – 48,6 milyard dollar, “Oracle”.
Çarlz Kox – 42,9 milyard dollar.
Deyvid Kox – 42,9 milyard dollar.
Kristi Uolton və ailəsi – 38,3 milyard dollar, “Wal-Mart”.
Cim Uolton – 36,6 milyard dollar, “Wal-Mart”.
Elis Uolton – 35,2 milyard dollar.
Semuel Robson Uolton – 35,2 milyard dollar, “Wal-Mart”.
Mark Zukerberq – 34,5 milyard dollar, “Facebook”.