ABŞ-ın dövlət katibi İsrailə təcili səfər edib
01 aprel 2014 06:14 (UTC +04:00)

ABŞ-ın dövlət katibi İsrailə təcili səfər edib

ABŞ-ın dövlət katibi Con Kerrinin İsrailə və Fələstinə planlaşdırılmayan səfəri başlayıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Ağ ev onsuz da zəif gedən İsrail –Fələstin danışıqlar prosesinin uğursuzluğa uğrayacağından ehtiyatlanır.

 

Səfər zamanı C.Kerri həm İsrailin baş naziri Binyamin Netaniyahu, həm də Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşəcək.

 

Tərəflər arasında yeni böhran marıt 30-da başlayıb. İsrail tərəfi öncədən fələstinli məhbusları sərbəst buraxacağını boyun olsa da, vədinə əməl etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar