ABŞ-ın daşıyıcı raketi start zamanı partladı
29 oktyabr 2014 05:35 (UTC +04:00)

ABŞ-ın daşıyıcı raketi start zamanı partladı

0

ABŞ-ın “Cygnus” kosmik gəmisini orbitə çıxaracaq “NASA”-nın “Antares” daşıyıcı raketi Uollops adasındakı kosmodromda start zamanı partlayıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, partlayış startdan dərhal sonra, yerli vaxtla saat 18.23-də (Bakı vaxtı ilə 02.23-də) baş verib. Partlayışın səbəbləri açıqlanmır.

 

İnsident nəticəsində xəsarət alan olmayıb.    

 

Məlumata görə, “Cygnus” yük gəmisi kosmik stansiyanın ekipajı üçün avadanlıq aparacaqmış. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 969

Oxşar yazılar