ABŞ prezidenti Barak Obama şənbə günü ABŞ-ın baş prokuroru postuna Loretta Linçin namizədliyini rəsmən irəli sürəcək.
Lent.az-ın “Trend”-ə istinadən məlumatına görə, Baş prokuror vəzifəsini ilk dəfə afroamerikalı tuta bilər.
2010-ci ildən o, Nyu-Yorkun şərq dairəsi üzrə prokuror vəzifəsində xidmət edib və bu vəzifədə Bill Klintonun prezidentliyi dövründə də olub.
2009-ci ilin fevralından baş prokuror vəzifəsini tutan Erik Xolderin istefası barədə sentyabrın sonunda məlum olub.