Aprelin 13-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Con Brennan Kiyevdə səfərdə olub.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu haqda Ağ Evin mətbuat katibi Cey Karni açıqlama verib.
“Biz təsdiqləyirik ki, MKİ-nin başçısı Kiyevə səfər edib” –deyə, Karni Brennanın Ukrayna paytaxtına getdiyini təsdiqləyib.
Mənbə bildirib ki, o, Kiyevdə güc strukturlarının başçıları ilə görüşüb.