ABŞ-ın Albaniyadakı səfirliyi yaxınlığında atışma: 4 ölü, 2 yaralı
05 noyabr 2014 02:10 (UTC +04:00)

ABŞ-ın Albaniyadakı səfirliyi yaxınlığında atışma: 4 ölü, 2 yaralı

ABŞ-ın Albaniyadakı səfirliyinin yaxınlığında yerləşən gecə klubunda baş vermiş atışma nəticəsində 4 nəfər ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident gecə klubunun müştəriləri arasında yaranmış münaqişə zəminində baş verib. Atışma nəticəsində İtaliya vətəndaşı və 3 Albaniya vətəndaşı ölüb. Hadisənin baş verdiyi “Ante Grand” gecə klubu ABŞ  səfirliyinə 100 metrdən az məsafədə, yaşayış binasının birinci mərtəbəsində  yerləşir.  

 

Məlumata görə, atışma zamanı yaralanan daha 2 şəxs xəstəxanaya yerləşdirilib.

 

Atəş açmaqda şübhəli bilinən şəxs artıq saxlanılıb. Onun Albaniya parlamentinin Sosialist Partiyasından olan deputat Luiza Cuvanninin 25 yaşlı oğlu olduğu bildirilir. Luiza Cuvanni oğlunun həbsindən sonra istefa verməyə məcbur olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721
avatar

Oxşar yazılar