“Levada tsentr” sosioloji xidmət mərkəzi rusiyalıların ABŞ-a münasibəti ilə bağlı sorğu keçirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, rəyi soruşulanların 71 faizi ABŞ-a pis münasibət bəslədiklərini bildirib.
Məlumata əsasən, 1990-cı illərin əvvəlində ABŞ-ı sevməyən Rusiya vətəndaşlarının sayı 10 faizə qədər idisə, zaman keçdikcə onların sayı artıb.
Sosioloqların fikrincə, 2014-cü ildə Amerikaya “çox pis münasibət” bəsləyən rusiyalıların sayı 71 faizi çatıb.
Respondentlərin 69 faizi ABŞ-ı, 30 faizi Ukraynanı Rusiyaya düşmən hesab edib.
Sorğunun nəticələrinə görə, Rusiya vətəndaşları arasında Avropa Birliyinə də neqativ münasibət artmaqdadır. Ancaq son illər Çinə xoş münasibət bildirənlərin sayı çoxalıb. Respondentlərin 40 faizi Pekini Rusiyanın “ən yaxın müttəfiqi” hesab edib. Belarus ikinci yerdədir.