ABŞ-dan Suriyaya 925 mln dollarlıq yardım
05 fevral 2016 04:20 (UTC +04:00)

ABŞ-dan Suriyaya 925 mln dollarlıq yardım

0

ABŞ Suriya qaçqınlarına və ölkədəki əhaliyə yardım məqsədi ilə əlavə olaraq 925 mln dollar ayıracaq.  APA-nın “TASS”a ABŞ dövlət katibi Con Kerri Suriya üzrə donor ölkələrin konfransında çıxışı zamanı bildirib.   

 

“Bu məbləğin 600 mln dolları Suriyada və regiondakı milyonlarla insanın qida, sığınacaq, su və tibbi yardımla təmin etmək üçün birbaşa humanitar yardımın göstərilməsinə yönəldiləcək”, deyə Kerri bildirib.   

 

Qalan 325 mln dollar isə sosial və iqtisadi sahələrin inkişaf etdirilməsi üçün nəzərdə tutulub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar