ABŞ prezidenti Barak Obama Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
“Əvvəlki fərmanlarda göstərilən hərəkətlər və siyasət indiyədək davam etdirilərək, ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə böyük təhlükə yaratmaqdadır”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ ötən ilin sonunda Rusiyaya qarşı sanksiyalar paketini yeniləyib.
Siyahıda 34 fiziki və hüquqi şəxs yer alıb.
Siyahıya həmçinin VTB və “Sberbank” banklarının xaricdə fəaliyyət göstərən bölmələri daxil edilib. Bundan başqa, siyahıda VTB və “Sberbank”ın qeyri-dövlət pensiya fondları və bank VTB24 də yer alıb.