ABŞ hakimiyyəti Rusiyadan saxlanılan ukraynalıların hamısını azad etməyi tələb edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Tom Malinovski bildirib.
“Rusiya Ukraynadakı münaqişədə tərəf olmadığını bəyan etsə də ukraynalıları saxlamaqda davam edir”, deyə o bildirib.
“Çoxları pilot Nadejda Savçenko barədə məlumatlıdır, lakin başqa hallar da var. Bu insanların hamısı vətəninə dönməlidir”, deyə Malinovski qeyd edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi həmçinin separatçıların nəzarətində olan ərazilərdə və Krımda insan haqlarının pozulması hallarının müşahidə edildiyini qeyd edib. O qeyd edib ki, bu hallara görə məsuliyyət tam olaraq Rusiyanın üzərindədir.