ABŞ-da zavodda atışma: 4 ölü, 20 yaralı
26 fevral 2016 06:47 (UTC +04:00)

ABŞ-da zavodda atışma: 4 ölü, 20 yaralı

0

ABŞ-ın Kanzas ştatının Xesston şəhərində yerləşən müəssisələrin birində atışma baş verib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qazon biçən qurğuların istehsalı zavodunda çalışan fəhlələrdən biri həmkarlarına atəş açması nəticəsində azı 4 nəfər ölüb, 20-dək işçi yaralanıb. Məlumata görə, atəş açan şəxs öldürülüb. Ölən və yaralananların sayı dəqiqləşdirilir. Hadisə yerinə çoxlu sayda polis cəlb olunub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar