ABŞ-da yaşayış binasında partlayış: 34 yaralı
02 oktyabr 2015 22:33 (UTC +04:00)

ABŞ-da yaşayış binasında partlayış: 34 yaralı

0

ABŞ Florida ştatında, Sanni-Ayls-Biç şəhərində yaşayış binasında güclü partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 34 nəfər xəsarət alıb.

 

İlkin ehtimala görə, partlayış binanın qazanxanasında baş verib. Eyni zamanda, qaz sızması versiyası da nəzərdən keçirilir. Yaşayış binasına ciddi ziyan dəyib. Partlayış nəticəsində bir neçə nəfər güclü yanıq xəsarəti alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar