ABŞ-da universitetdə atışma: 1 ölü, 1 yaralı
10 oktyabr 2015 02:32 (UTC +04:00)

ABŞ-da universitetdə atışma: 1 ölü, 1 yaralı

0

ABŞ-ın Xyuston şəhərində (Texas ştatı) universitetdə silahlı insident baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxsin tələbə yataqxanasının həyətində açdığı atəş nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

 

Cinayətkar hadisə yerindən qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. Hadisənin başvermə səbəbi və təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

Qeyd edək ki, bundan əvvəl, ABŞ-ın Arizona ştatının Flaqstaf şəhərində yerləşən universitetdə baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 596

Oxşar yazılar