ABŞ-da təyyarənin yaşayış evinin üstünə düşdü: 6 ölü
09 dekabr 2014 03:30 (UTC +04:00)

ABŞ-da təyyarənin yaşayış evinin üstünə düşdü: 6 ölü

0

ABŞ-ın Merilend ştatında yüngül təyyarənin yaşayış evinin üstünə düşməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  əvvəl ölənlərin sayının 3 nəfər olduğu bildirilirdi.

 

Son məlumatlara əsasən, təyyarənin pilotu və iki sərnişindən başqa daha 3 nəfər yerdə ölüb. Ölənlərin adları hələlik açıqlanmır. Qəzanın baş vermə səbəbi məlum deyil, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar