ABŞ-ın Texas ştatında “Southwest Airlines” aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi qəza enişi edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, enişə səbəb uçuş zamanı təyyarənin qanadının bir hissəsinin qopması olub.
Ostin-Harlinqton marşrutu üzrə uçan təyyarənin göyərtəsində 109 sərnişin olub. İnsident nəticəsində zərərçəkən yoxdur.