ABŞ-da Alyaska ştatının Ankoric şəhərində yüngül təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə ofis binalarından birinə çırpılıb və onu zədələyib.
Xoşbəxtlikdən binada həmən zaman heç kim olmayıb. Qəza nəticəsində yaranan yanğın tez bir zamanda aradan qaldırılıb.