ABŞ-ın Kaliforniya ştatında Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Perris şəhəri yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, adı açıqlanmayan hərbçi məşqlər zamanı paraşütün açılmaması səbəbindən həyatını itirib. CNN telekanalı hərbçinin “Dəniz suitiləri” xüsusi təyinatlı dəstəsinin üzvü olduğunu bildirib.
Hadisə yerində araşdırma aparılır. Hadisənin səbəbləri müəyyənləşdirilir.