ABŞ da Suriyadakı atəşkəsi dəstəklədi
23 fevral 2016 00:24 (UTC +04:00)

ABŞ da Suriyadakı atəşkəsi dəstəklədi

0

ABŞ Suriyada atəşkəs rejiminə dair sazişi dəstəkləyir və “Suriyaya dəstək” qrupunun bütün iştirakçılarına minnətdarlığını bildirir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

 

“Əldə olunan razılaşma, ABŞ və Rusiya daxil olmaqla, bir çox ölkələr və qrupların məqsədyönlü diplomatik səylərinin nəticəsidir. Buna baxmayaraq, qabaqda bizi çətinliklər və mühüm çağırışlar gözləyir. Hər halda ABŞ sazişin tələblərinin yerinə yetirilməsini diqqətlə izləyəcək”, deyə C.Kerri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar