ABŞ prokurorluğu Tennessi ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Bill Killian bildirib.
Məlumata əsəsən, atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusunu güllələyən şəxsin Çattanuqa sakini, 24 yaşlı Məhəmməd Yusif Əbdüləziz olması müəyyən edilib.
Hücum nəticəsində 3 nəfərin, o cümlədən 1 polis əməkdaşının yaralandığı bildirlilr.
Qeyd edək ki, hərbçilərə hücum edən şəxs məhv edilib.
***
ABŞ-da silahlı insident nəticəsində yaralanan 4 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennesi ştatının Çattanuqa şəhərində qeydə alınıb
Naməlum şəxs avtomobildən atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralamışdı.
Son məlumatlara əsasən, hərbçilərə hücum edən şəxs polis tərəfindən məhv edilib.
***
ABŞ-da silahlı insident nəticəsində 5 nəfər yaralanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennesi ştatının Çattanuqa şəhərində baş verib
Naməlum şəxs atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralayıb.
Rəsmi mənbələr hadisə nəticəsində 5 nəfərin xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.
Atəş açan şəxsin kimliyi və motivi məlum deyil. Polis araşdırma aparır.