ABŞ-ın Ayova ştatı, De-Moyn şəhərində naməlum şəxsin ətrafa nizamsız atəş açması nəticəsində 2 nəfər yaralanıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, davamlı atışmadan sonra atəşi açan şəxs saxlanılıb.
Hadisə nəticəsində xəsarət alanların vəziyyətinin sabit olduğu bildirilir. İnsident ilə əlaqədar bir neçə məktəb rəhbərliyi şagirdlərə evdə qalmağı tövsiyə edib. Hadisənin tam təfərrüatları hələlik açıqlanmır.