ABŞ-ın Hyuston şəhəri (Texas ştatı) Corc Buş adına beynəlxalq hava limanında “US Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza enişi edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Şarlott-Ostin marşrutu ilə uçan təyyarənin göyərtəsində 80 nəfər olub. Məlumata əsasən, sərnişin və uçuş heyəti arasında xəsarət alan olmayıb.
Təyyarənin texniki nasazlıq səbəbindən məcburi eniş etdiyi bildirilir.