ABŞ-da şaxta 23 can aldı
21 fevral 2015 11:44 (UTC +04:00)

ABŞ-da şaxta 23 can aldı

0

 

Bu həftə ABŞ-ın şərq rayonlarında qeydə alınan güclü şaxtalar nəticəsində ən az 23 nəfər ölüb.


 

APA-nın məlumatına görə, təkcə Tennessi ştatında 18 nəfər anomal hava şəraitinin qurbanı olub. Ölüm halları daha çox yol-nəqliyyat hadisələrində qeydə alınıb, digər şəxslər isə donaraq ölüb.

 

Daha bir neçə nəfər Noks dairəsində yaşayış evində baş vermiş yanğında həyatla vidalaşıb. Bununla yanaşı, ştatın 2700-dən çox sakini mürəkkəb hava şəraiti ucbatından elektrik enerjisiz qalıb.

 

Bəzi ştatlarda havanın temperaturunun -40 dərəcəyədək düşəcəyi gözlənilir.

 

Fevralın 17-də məlumat verilmişdi ki, ABŞ aviaşirkətləri anomal qar yağışı səbəbindən 2,6 min reysi təxirə salmalı olub.

 

Daha pis hava şəraiti Şimali Karolina, Tennessi və Nyu-York ştatları, həmçinin Vaşinqton ətrafında yerləşən paytaxt regionu aeroportlarının işinə təsir edib. Güclü qar və aşağı temperatur ABŞ-ın Atlantik və Orta Qərb regionunun əksər ştatlarında qeydə alınıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar