Bu ildən ABŞ-da yeməyə və ya içkiyə qatılan tənzimləyici kimi quru alkoqolun satışına icazə verilə bilər.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, məhsul “Palcohol” adlanır. Onun “Marqarita”, “Moxito” və ya “Kosmopoliten” adda 7 versiyası mövcuddur.
“Konsertə, idman yarışlarına, yaxud başqa tədbirə gedəndə içkiyə 10, 15 və 20 dollar verməkdən pis nə ola bilər. Onda sadəcə, olaraq, “Palcohol” götürün və ucuz alkoqolu içib, kef eləyin!”-deyə, məhsulun reklamında yazılıb