Kaliforniyada atışma törətməkdə şübhəli bilinən Səyid Rizvan Farukun radikal dindarlarla əlaqəli olduğu ehtimal edilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı təfərrüatları açıqlamadan polis nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Səyid Rizvan Faruk 2013-cü ildə iki dəfə Səudiyyə Ərəbistanına səfər edib. Onun həyat yoldaşı əslən pakistanlı Taşfin Malik ABŞ vətəndaşı olub.
“Röyters” Səudiyyə Ərəbistanının səfirliyinə istinadən bildirir ki, Səyid Rizvan Faruk 2014-cü ilin yayında da bu ölkəyə 9 günlük səfər edib.
В свою очередь агентство Рейтер со ссылкой на заявление посольства Саудовской Аравии сообщает, что подозреваемый находился в этой стране летом 2014 года.
Qeyd edək ki, noyabrın 2-də iki silahlı şəxsin San-Bernardino şəhərində ofis binasına hücumu nəticəsində 14 nəfər ölüb, 21 nəfər yaralanıb. Hər iki silahlı polis tərəfindən məhv edilib.