Vaşinqton ştatının Plimut şəhəri yaxınlığındakı “Williams - Northwest Pipeline” qaz emalı zavodunda baş verən güclü partlayışdan sonra yüzlərlə insan köçürülüb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, qaz sisternin partlaması nəticəsində şəhərə doğru hərəkət edən qaz buludu yaranıb.
Yerli sakinlər bildirib ki, partlayış 5 km-likdən eşidilib.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb.
Hadisə ilə bağlı başqa məlumat yayılmayıb.