ABŞ-ın Nyu-York şəhərində bədbəxt hadisə baş verib. Qatarın relsdən çıxması nəticəsində 4-ü ağır olmaqla 19 nəfər yaralanıb.
Kuinsdən Bruklinə səfər edən qatar tuneldən keçərkən relsdən çıxaraq, aşıb.
Min nəfərlik sərnişin qatarının səkkiz vaqonundan altısının aşdığı bildirilib. Qatarın yalnız birinci və son vaqonu relsdə qalıb. Qatarda bağlı vəziyyətdə qalan sərnişinlər xilasetmə dəstələrinin köməyi ilə bir saat ərzində xilas edilib. Yaralanan sərnişinlərdən bir qisiminə hadisə yerində müdaxilə edilsə də, ağır yaralılardan 4-ü xəstəxanaya aparılıb.
Qəza səbəbinin hələ bilinmədiyini deyən səlahiyyətlilər ilk olaraq, maşinistin spirt testindən keçiriləcəyini bildiriblər. Dünyanın ən böyük nəqliyyat sıxlığına sahib Nyu York metrosu gündəlik orta hesabla 8 min səfərlə 5,4 milyon sərnişinə xidmət edir.