ABŞ-da qasırğa: 3 ölü
12 dekabr 2014 23:32 (UTC +04:00)

ABŞ-da qasırğa: 3 ölü

0

ABŞ-da baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 3-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Kaliforniya ştatının Qarden-Qrouv şəhərində xilasedicilər naməlum kişinin meyitini su kanalında aşkar ediblər

 

Bundan əvvəl Oreqon ştatı və Portlend şəhərində təbii fəlakət nəticəsində 2 nəfər ölmüşdü.

 

Dekabrın 11-dən ABŞ-ın qərb sahillərində tüğyan edən qasırğa özü ilə güclü külək, leysan yağış və qar gətirib. Bölgədə 200 aviareys ləğv edilib, bu gün isə 150 mindən çox amerikalı elektrik enerjisiz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar