ABŞ-ın Florida ştatında “Deytona” dövlət kollecinin bir neçə binası partlayış təhlükəsi ilə əlaqədar olaraq təxliyə olunub.
APA-nın məlumatına görə, bu barədə təhsil müəssisəsinin “Feysbuk” səhifəsində bildirilir.
Təhlükəsizlik məqsədilə kollecdə axşam dərsləri ləğv olunub. Hadisə yerinə gələn edilən polis binalarda axtarış aparır.
Digər təfərrüatlar, hələ ki, bəlli deyil.