ABŞ-ın Arizona ştatının Finiks şəhərində “Sheraton” mehmanxanasının müştəriləri partlayışlarla bağlı evakuasiya edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar oktyabrın 25-də baş verib.
İnsidentin səbəbləri və zərərçəkənlər barədə məlumat verilmir. Qeyd olunur ki, mehmanxana yerli Universitetinin yataqxanasının yaxınlığında yerləşir.
New York Daily News qəzetinin məlumatına əsasən, mehmanxananın 1-ci mərtəbəsində yanğın baş verib. Hadisə yerinə 100-dək yanğınsöndürənin cəlb edildiyi bildirilir.