ABŞ-da naməlum şəxs küçədə atəş açdı: 3 yaralı
27 avqust 2015 05:52 (UTC +04:00)

ABŞ-da naməlum şəxs küçədə atəş açdı: 3 yaralı

0

ABŞ-ın Sanset şəhərində naməlum şəxs küçədə atəş açaraq 3 nəfəri yaralayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan biri polis əməkdaşıdır.

 

İnsidentdən sonra yanacaqdoldurma məntəqəsində gizlənən, şəxsiyyəti hələ ki məlum olmayan kişi polis tərəfindən yaxalanıb. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə məlumat verilmir.

 

Qeyd edək ki, Sanset Luiziana ştatının cənub-qərbində yerləşir. Hazırda şəhərdə 2 minə yaxın insan yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar