ABŞ-ın Oreqon ştatının Trautdeyl şəhərindəki məktəbdə naməlum şəxs atəş açıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, olay nəticəsində azı bir şagird ölüb.
Polis bildirib ki, atəş açan da ölüdür.
Məktəblilər məktəbdən çıxarılıb. Şagirdlər və ya məktəb işçiləri arasında başqa ölən, yaxud xəsarət alanlar barədə məlumat verilməyib.