ABŞ-ın Vaşinqton ştatının Merisvil şəhərində orta məktəbdə atışma olub. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, məktəbə hücum edən şəxs öldürülüb. Hüquq-mühafizə orqanları insidentin təfərrüatlarını açıqlamır, yerli KİV-lərin məlumatına görə, insident nəticəsində azı 6 yaralı var.
“RİA Novosti” 3 nəfərin vəziyyətinin kritik olduğunu bildirib.
Məlumata görə, insident nəticəsində hücum edən şəxs özünü güllələyib, daha 2 şəxs yaralanıb.
Araşdırma aparılır.