ABŞ-da keçmiş qubernator korrupsiyada təqsirli bilinir
0
0
ABŞ-da məhkəmə Virciniya ştatının sabiq qubernatoru Bob Makdonneli və onun yoldaşını korrupsiyada təqsirli olduqları barədə qərar verib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, respublikaçı Bob Makdonnel 2010-2014-cü illərdə Virciniyanın qubernatoru vəzifəsində olub.
İstintaq materiallarına əsasən, keçmiş qubernator bahalı hədiyyələr müqabilində qida qatqıları istehsalı ilə məşğul olan yerli sahibkara himayəçilik edib.
Cinayət işi üzrə hökmün yanvarda veriləcəyi gözlənilir.
0
0