ABŞ-da jurnalistləri güllələyən şəxs öldü
27 avqust 2015 00:12 (UTC +04:00)

ABŞ-da jurnalistləri güllələyən şəxs öldü

0

ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalisti güllələyən WDBJ telekanalının keçmiş əməkdaşı Vester Flenaqan xəstəxanada vəfat edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Virciniya ştatı administrasiyanın nümayəndəsi Brayan Moran bəyan edib.

 

Onun sözlərinə görə, V.Flenaqan yerli vaxtla saat 13:26-da vəfat edib.

 

İnsidenti şərh edən Ağ Evin mətbuat katibi Coş Ernest deyib ki, odlu silahdan istifadə ilə cinayətlər ABŞ-da adi hal alıb. O həmçinin, Konqresdə bu kimi cinayətlərin qarşını almaq üçün qanun layihələrinin olmadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar