ABŞ iqtisadiyyatının vəziyyəti ilə bağlı yeni məlumatlar yayılıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, son iki ildə ölkə rekord sayda yeni iş yerləri açılıb.
Mənbə bildirib ki, 2008-ci ildən bəri işsizlik ən aşağı səviyyəyə düşüb.
ABŞ Əmək Nazirliyinin məlumatına görə, cari ilin martında 300 min yeni iş yeri açılıb. Bu mütəxəssislərin proqnozlaşdırdığından çoxdur. Bununla belə 750 mindən çox amerikalı iş qüvvəsi bazarını tərk edib və onlar artıq iş axtarmır.
Mənbənin məlumatına əsasən, buna görə də işsizlərin sayının 6,3 faizə enməsi iqtisadiyyatın gerçək durumunu əks etdirmir.