ABŞ-ın Texas ştatının Daybol şəhərindəki həbsxananın dam örtüyü uçub.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, hadisə nəticəsində 40 yaxın məhbus xəsarət alıb.
Yerli KİV-in məlumatına əsasən, həbsxanada 80-dən çox məhbus saxlanılır.
Mənbə bildirib ki, olay zamanı məhbuslardan biri qaçıb, onun barəsində məlumat yoxdur.