ABŞ-da həbsxanada iğtişaş: 1 ölü, 5 yaralı
13 avqust 2015 04:36 (UTC +04:00)

ABŞ-da həbsxanada iğtişaş: 1 ölü, 5 yaralı

0

ABŞ-ın Kaliforniya ştatında “Folsom” həbsxanasında baş vermiş iğtişaş nəticəsində 1 nəfər ölüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident avqustun 12-də qeydə alınıb.

 

Daha 5 dustağın müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. İlkin məlumata əsasən, həbsxana əməkdaşlarına zərər dəyməyib.

 

Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar