ABŞ-da güclü qasırğa: 2 ölü, 2 yaralı
30 avqust 2015 07:08 (UTC +04:00)

ABŞ-da güclü qasırğa: 2 ölü, 2 yaralı

0

ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) baş verən güclü qasırğa nəticəsində 2 nəfər küləyin aşırdığı ağacın altında qalaraq ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 2 nəfər xəsarət alıb.

 

Qasırğa həmçinin 375 min insanı elektrik enerjisiz qoyub. Meteoroqların məlumatına əsasən, avqustun 30-da Vaşinqton ştatında küləyin sürəti saatda 128 km çatıb.

 

Qasırğa ilə əlaqədar Sietl şəhərində asma körpülər üzərində nəqliyyatın hərəkətinin müvəqqəti olaraq dayandırıldığı bildirilir.

 

Xatırladaq ki, bu günlərdə ABŞ-da 2005-ci il, avqustun 29-da Nyu Orlean şəhərində baş vermiş “Katrina” qasırğasının qurbanlarının xatirəsi anılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar