ABŞ-da daha bir qaradərilini öldürən polisə bəraət verildi
23 dekabr 2014 05:55 (UTC +04:00)

ABŞ-da daha bir qaradərilini öldürən polisə bəraət verildi

0

ABŞ-da qaradərili Dronte Qamiltonu öldürən sabiq polis zabiti Kristofer Menni məhkəməyə cəlb olunmayacaq.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı işi aparan prokuror  bəyan edib ki, keçmiş asayiş keşikçisi öz vəzifə səlahiyyətini aşmayıb.

 

Məlum olduğu kimi, Kristofer Menni qaradərili Dronte Qamiltonu Miluoki şəhər parkında yatmış vəziyyətdə aşkar edib. Yuxudan oyanan Qamilton polis əməkdaşına hücum edib. Cavab olaraq Kristofer Menni qaradəriliyə 14 dəfə atəş açaraq öldürüb.

 

İstintaq zamanı Dronte Qamiltonun şizofreniyadan əziyyət çəkdiyi müəyyən edilib. İnsidentdən  sonra polis zabiti Kristofer Menni xidmətdən qovulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar