ABŞ-da bir nəfər tüfənglə 6 nəfəri öldürüb, 7-sini yaralayıb
24 may 2014 19:21 (UTC +04:00)

ABŞ-da bir nəfər tüfənglə 6 nəfəri öldürüb, 7-sini yaralayıb

0
 ABŞ-da Santa Barbara şəhərində avtomobili ilə hərəkət edən vətəndaş atəş açaraq 6 nəfəri öldürüb, daha sonra isə həmin silahla özünü vuraraq intihar edib.

 

APA-nın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, polis Kaliforniya Universiteti yaxınlığında baş verən hadisə zamanı həmçinin 7 nəfərin yaralandığını açıqlayıb.

 

Santa Barbaranın polis rəisi Bill Broun keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda olayla bağlı əldə edilmiş videogörüntülər araşdırılır. O, bütün sübutların olayın öncədən planlaşdırılmış qorxunc kütləvi qətliam olduğunu göstərdiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 776

Oxşar yazılar