ABŞ-da 4 yaşlı uşaq bağçaya 249 doza heroinlə gəldi
08 oktyabr 2014 07:16 (UTC +04:00)

ABŞ-da 4 yaşlı uşaq bağçaya 249 doza heroinlə gəldi

0

ABŞ-da 4 yaşlı uşaq bağçaya 249 doza heroin gətirib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Selbivil şəhərində məktəbəqədər təhsil müəssisəsində baş verib.  

 

Körpələrdən biri çantasında ağ rəngli tozla dolu paketlər aşkarlayıb və onların şirniyyat olduğunu sanaraq dostları ilə bölüşməyə başlayıb. Lakin uşaqlar paketləri açaraq  narkotik maddədən dadmağa macal tapmayıblar.    

 

Məlumatda körpənin anasına qarşı narkotik maddələrin saxlanılması və azyaşlı uşaqların səhhətinə təhlükə yaratmaq kimi ittihamlar irəli sürülüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1248

Oxşar yazılar