ABŞ hakimiyyəti 46 min məhbusu vaxtından əvvələ federal həbsxanadan azad edəcək.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu qərarı hökm üzrə federal Komissiya qəbul edib.
Əfvə narkotiklə bağlı məhkum olunanların düşəcəyi ehtimal edilir.
Mütəxəssislər qeyd edib ki, orta hesabla hər məhbusun cəza müddəti 25 ay azaldıla bilər.
Konqres bu qərarı cari il noyabrın 1-dək ləğv edə bilər. Əgər konqres bu haqda qərar qəbul etməzsə, o zaman 2015-ci il noyabrın 1-dən əfv qüvvəyə minəcək.