ABŞ-ın Kaliforniya ştatının Haylend şəhərində silahlı şəxs 3 nəfəri girov götürüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanları yaşayış evini mühasirəyə alıblar.
ABC telekanalı cinayətkarın aldığı güllə yarasından yerindəcə keçindiyi bildirib, lakin polis məlumatı hələ ki təsdiq etməyib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.