ABŞ-da bir neçə erməni fırıldaqçılıqda ittiham olunub
ABŞ-da bir neçə erməni fırıldaqçılıqda ittiham olunub.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, 45 yaşlı Ara Karapetyan, 29 yaşlı Miqran Stepanyan və 38 yaşlı Artur Stepanyanın dərman və narkotik vasitələrinin qeyri-qanuni satışı ilə məşğul olduqları üzə çıxıb.
Konkret olaraq onların 2010-2014-cü illərdə Minnesota ştatında “Minnesota Independent Cooperative” şirkətinə 157 mln. dollarlıq narkotik vasitələr satdığı məlum olub.
Qeyd edək ki, San-Fransisko prokurorluğunun qaldırdığı cinayət işində sözügedən ermənilərlə yanaşı daha 30 nəfərin adı hallanır.