Türkiyə prezidenti Abdullah Gül və xanımı Hayrunnisa Gül oğulları Mehmet Əmrə Gülün Harvard universitetinin bitirməsi ilə bağlı keçirilən mərasimə qatılıblar.
Lent.az-ın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, mayın 29-da ABŞ-ın Boston şəhərindəki “Mandarni” otelində keçirilən tədbir universitetdə davam edib.
Abdullah Gül və xanımı tədbirdə ABŞ-ın keçmiş prezidenti Corc Buşun xanımı Barbara Buşla yanaşı oturublar.
Tədbirdə ABŞ-ın keçmiş prezidenti Corc Buş, müğənni Aretna Franklin, iqtisadçı Cozef Stiglitz, sənətşünas Seymur Slive, yazıçı İsabel Allende və Nyu-Yorkun bələdiyyə başçısı Mixael Bloobergə Harvard Universitetinin fəxri doktor Adı təqdim edilib.