Abdullah Gülün 88 yaşlı atası hələ də işləyir
10 may 2014 22:10 (UTC +04:00)

Abdullah Gülün 88 yaşlı atası hələ də işləyir

Türkiyə prezidenti Abdullah Gülün atası  Əhməd Həmdi Gül hələ də işləyir.

 

Lent.az-ın Habertük-ə istinadən məlumatına görə, 88 yaşlı Əhməd Həmdi Gül 70 il tornaçı olub. O,  kiçik oğlu Məcidlə birlikdə ortaq olduğu fabrikə hər gün gedərək, işlərə nəzarət edir. Onlar dünyanın 20 ölkəsinə elektrik dirəyi kimi məhsullar göndərirlər.

 

“İşləmək ibadətdir, evdə sıxılıram”- deyən Əhməd Həmdi Gül indiki gəncləri bəyəndiyini də vurğulayıb: “İndiki gənclər həm ağıllı, həm də çalışqandır”.

 

 

Atatürkün əmri ilə Kayseridə Türkiyə Cümhuriyyətin ilk illərində qurulan və Türkiyənin ilk milli təyyarələrini istehsal edən müəssisədə tornaçılığa başlayıb.

 

O,  təcrübəsini oğlu Məcid və başqa ortaqları ilə bölüşür.

 

Gənclərin texnologiyadan çox yaxşı istifadə etdiklərini və yollarının açıq olduğunu bildirən prezidentin atası bunları söyləyib: “1941 -ci ildən bu yana çalışaram. Bildiklərimi təcrübəmi gənclərə öyrədir, onlarla bölüşürəm. Onlar bizimlə müqayisədə yeni maşınlardan daha yaxşı istifadə edir. Çünki həmin maşınların böyük bir hissəsi digital və yeni texnologiyanın ən son məhsuludur.

 

Biz dövrümüzdə torna dəzgahları əllə işlədilirdi. Bu isə qabiliyyət, bacarıq və diqqət tələb edirdi. Fabrikə hər gün gedir, maşınların olduğu istehsal bölməsində bir dövrə vurur, girişdəki otağımda oturub, qonaqlar,  iş üçün gələnlərlə oturub, danışıram. Daha sonra da oğlum Məcidlə birlikdə fabrikdən evimizə gedirik”.

 

Prezident atası olduğunu xatırladaraq , çalışmayıb evdə oturmasını istəyənlərə o, belə deyir: “İşləmək , ibadətdir”.

 

Əhməd Həmdi Gül fikrini belə davam edib:  “Bəziləri  “Əhməd Həmdi əmi bir oğlun prezident , bir oğlun da fabrik sahibi. Niyə hələ çalışırsan” - deyə soruşur. Onlara pula ehtiyacım olmadığını, təqaüdçü maaşımın da olduğunu xatırladaraq, evdə oturanda sıxıldığımı, işə alışdığımı deyirəm...

 

Bəzən getməyə çətinlik çəkəndə əsamla fabrikdə bir dövrə vurur, işləyənlərlə danışıram. Dəzgahlarla bağlı sualı olanlara  cavab verirəm.

 

Artıq dəzgahın başına keçmirəm, ancaq gənclərə işlə əlaqədar yol göstərirəm. Sonra da otağımda oturub , qəzet oxuyur televizora baxıram. Gələn qonaq və ya müştərilərlə danışıqlar aparıram”.

 

Kayseri İş adamları və Sənətkarlar Birliyi tərəfindən 2003-cü ildə “İlin Adamı” seçilən Əhməd Həmdi Gül bunları da deyib: “Allah ömür verdikcə iş həyatından qopmam. Evdə oturmaq mənə görə deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Oxşar yazılar