Öcalanın bacısı oğlu özünü öldürdü
11 noyabr 2015 15:54 (UTC +04:00)

Öcalanın bacısı oğlu özünü öldürdü

0

 

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın bacısı oğlunun meyiti tapılıb. Lent.az Doğan xəbər agentliyinə istinadən bildirir ki, 8 aydır itkin düşən və barəsində heç bir məlumat əldə edilməyən Hüseyn Yıldırımın meyiti Avstriyanın paytaxtı Vyanada tapılıb və ekspertizaya göndərilib.

 

Bildirilir ki, 36 yaşlı H.Yıldırımın anası 8 ay əvvəl polisə müraciət edərək oğlunun yoxa çıxdığını bildirib. Bugünlərdə isə onların yaşadığı evin yaxınlığında yerləşən depodan kəskin qoxunun gəldiyini görən sakinlər polisə müraciət edib və buradan H.Yıldırımın cəsədi tapılıb. Onun özünü öldürdüyü bildirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar