Abdulla Gülün özünün görmədiyi fotoları yayılıb
05 iyul 2014 12:34 (UTC +04:00)

Abdulla Gülün özünün görmədiyi fotoları yayılıb

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün özünün də görmədiyi yeni fotoları yayılıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu fotolar İstanbulda açılışı olan, Abdullah Gülün prezidentliyi dövründə çəkilmiş şəkillərdən ibarət sərgidə nümayiş olunub.  

Sərginin açılışını həyata keçirən Abdullah Gül jurnalistlərə verdiyi açıqlamada, sərgidəki fotoların 7 illik prezidentliyi dövründə prezident administrasiyasının fotoqrafları tərəfindən çəkilmiş minlərlə şəkilin arasından seçildiyini deyib. Şəkillərdən razı qalan Gül, bunu 7 ilin icmalı kimi qiymətləndirib. 

Xatırladaq ki, sərgidə administrasiyanın fotoqrafları Ayhan Fırat, Murat Çetinmühürdar, Mustafa Öztartan, İrfan Yıldız və Mehmet Demirçinin çəkdiyi 1 milyon şəklin arasından seçilmiş 50 foto nümayiş olunur. 

Qeyd edək ki, sərgi iyulun 11-ə qədər ziyarətçilərin üzünə açıq olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2421

Oxşar yazılar